FİFA-nın Etika Komitəsinin sədri Sundra Raco saxlanılıb.
Qol.az-ın məlumatına görə, o, korrupsiyada şübhəli bilinir.
Asiya Beynəlxalq Arbitraj Mərkəzinin (AIAC) direktoru vəzifəsində də çalışan Raco Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.
Məhkəmə zamanı komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edən hakim onun sərbəst buraxılmasını təmin edib. Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.
Qeyd edək ki, Raco saxlanıldıqdan sonra AIAC-ın direktoru vəzifəsindən istefa verib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.