"Qızıl top" haqda yeni iddia - nə Ronaldo, nə də Messi...
"France Football” nəşrinin təqdim etdiyi "Qızıl top" mükafatı haqda yeni iddia yayılıb.
Qol.az-ın məlumatına görə, İtaliya mətbuatı mükafatın üç finalçısı arasında nə Kriştiano Ronaldo (Portuqaliya,"Real"/"Yuventus"), nə də Lionel Messinin (Argentina, "Barselona") olacağını yazıb.
Dünyanın ən yaxşı futbolçusu adına əsas favoritin Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriçin olduğu bildirilib. Digər finalçıların isə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ("Real") və Kilian Mbappe (PSJ) olacağı iddia olunub.
Qeyd edək ki, "Qızıl top"un qalibinin adı dekabrın 3-ü açıqlanacaq. Bu mükafatın son sahibi K.Ronaldodur.
Xatırladaq ki, son on il ərzində "Qızıl top"u Ronaldo (5 dəfə) və Messi (5 dəfə) qazanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb