banner
banner

Sosİal

Avtovağzalda çaxnaşma-FOTO+VİDEO

Avtovağzalda çaxnaşma-FOTO+VİDEO

Novruzun gəlişi ilə əlaqədar olaraq Bakı Beynəxalq Şəhərlərarası Avtovağzalda əməlli-başlı sərnişin sıxlığı yaşanır. Artıq dünəndən başlayaraq avtovağzalda sərnişinlərin sayı ikiqat artıb. Bəs hazırda Bakı Beynəlxalq avtovağzalda nə baş verir? Suala cavab almaq üçün ANS PRESS olaraq avtovağzala yollandıq.
Həqiqətən də, buraya çatanda gördük ki, adam əlindən tərpənmək mümkün deyil. Kimi biletini alıb yol tədarükünü görüb bölgəyə yollanır, kimi də saatlarla avtovağzalda dayanıb marşrutunu gözləyirdi. Əvvəlcədən bilet alanlar vaxtında yola düzələ bilirdilər. Lakin bir çoxu biletlərin yoxluğundan və avtobus çatışmazlığından şikayətləndi.
Sərnişinlərin əsas şikayəti saatlarda avtobus gözləmələri barədə oldu. Lakin lazım olan ünvana gedəcək matrşurut tapa bilmirlər.
“Avtobusların çoxunun qarşısında hara getdikləri barədə yazılmayıb. Camaat da qaçır o avtobusun, bu avtobusun dalınca. Bayaqdan gözləyirəm, Xudata gedən avtobus yoxdur. Heç Quba-Qusar avtobusu da yoxdur. Bilmirik dərdimizi kimə deyək. Bayram günü avara olmuşuq”, - deyə Qafar Axundov adlı kişi şikayətlənib.
Baxmayaraq ki, Beynəlxalq Avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində nəqliyyatın fəaliyyətində heç bir problem olmayacaq, hələ ki, sərişinlər onlara edilən xidmətdən narazılıqlarını bildirirdilər.
Qeyd edək ki, avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 400-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq. 
Məsələ ilə əlaqədar Beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev ANS PRESS-ə bildirdi ki, yaranmış problem tezliklə həll ediləcək. Onun sözlərinə görə, gözləniləndən də artıq sərnişin axını olduğu üçün müəyyən çatışmazlıqlar yaranıb. Qısa vaxt ərzində xəttə əlavə avtobuslar buraxılacaq.





















Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.