banner
banner

Dünya

Nazir: İran dünya ticarətində öz payını almalıdır

Nazir: İran dünya ticarətində öz payını almalıdır

İran çətin qanunları ləğv etməklə və nəzarətdə diqqətini artırmaqla dünya ticarətində öz payını almalıdır.

Trend-in İRİB-ə istiandən verdiyi məlumata əsasən, bunu İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd deyib.

Onun sözlərinə görə, dünya ticarətində daha çox payı almağın ən önəmli yolları istehsal ehtiyaclarının asanlıqla ölkəyə daxil olması və mane olan idxalın qarşısının alınmasıdır.

Dejpəsənd əlavə edib: "Kağızla olan icazələrin tamamilə ləğv edilməsi, İran Gömrük İdarəsi əməkdaşlarının mükafatlandırılması diqqət mərkəzində durmalıdır".

İran gömrüklərində bir sıra qanun-qaydalar məhsullar və avadanlıqların idxal-ixracının qarşısında duran əsas problemlərdən sayılır. Buna görə də, həm idxalçılar, həm də ixracatçılar bu qanunların ləğv edilməsini uyğun hesab edirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.