banner
banner

İdman

"Leyptsiq" 3-cü pillədə, "Ayntraxt" evdə uduzdu - Bundesliqa

"Leyptsiq" 3-cü pillədə, "Ayntraxt" evdə uduzdu - Bundesliqa

Bu gün Almaniya bundesliqasında 13-cü turun daha 2 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Leyptsiq” evdə Münhenqladbax “Borussiya”sını qəbul edib. Rəqibini 2 cavabsız qolla məğlub edən meydan sahibləri 3-cü pilləyə yüksəlib. “Leyptsiq”in heyətində Timo Verner (3 və 45-ci dəqiqələrdə) dubl edib.
Günün ikinci matçında isə “Ayntraxt” öz meydanında “Volfsburq”a 1:2 hesabı ilə uduzub. Qonaqlara qələbə qazandıran qolları 31-ci dəqiqədə Admir Mehmedi, 68-ci dəqiqədə isə Daniel Qinçek vurub. Frankfurt təmsilçisinin yeganə qoluna isə bundesliqanın bombardiri Luka Yoviç imza atıb.
Tura sabah keçiriləcək “Nürnberq” – “Bayer” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinin ilk pilləsində 33 xalla Dortmund “Borussiya”sı, ikinci sırada isə 26 xalla Münhenqladbax “Borussiya”sı qərarlaşıb. 25 xalı olan “Leyptsiq” 3-cü, ondan 1 xal az toplayan “Bavariya” isə 4-cüdür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.