banner
banner

Şou

Məşhur müğənnilərimiz Avropada biabır oldular

Məşhur müğənnilərimiz Avropada biabır oldular

Azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur Almaniyada Novruz şənliyinə qatılıblar.
ANS PRESS-in məlumatına görə, şənlikdən sonra müğənnilər Kanal Avropa Duisburg kanalında yayımlanan Ersoy show verilişinə dəvət alıblar. Məqsəd isə Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Azərbaycanı Avropada daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.
Müğənnilərimiz buna razılıq veriblər və verilişin anonsları yayılıb ki, Azərbaycandan çox tanınmış müğənnilər gələcək. Hətta 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.
Natəvan Həbibi və digər müğənnilər buna heç bir səbəb gətirməyiblər. Maraqlısı burasındadır ki, Azərbaycanı Avropada tanıtmaq imkanı yaranmışkən müğənnilərimiz niyə bundan istifadə etməyiblər. Özü də Bakıda ilk dəfə keçiriləcək Avropa oyunları ərəfəsində. Bəlkə bu onlara maraqlı deyil?



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.