Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinə İKT sahəsi (software) üzrə mütəxəssis tələb olunur.
Mərkəzdən Trend-ə verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar:
- Riyaziyyat, informatika və ya fizika istiqamətli ixtisaslardan biri üzrə ali təhsili olmalı;
- .NET platformasına daxil olan proqramlaşdırma dillərindən ən azı birini bilməli;
- İngilis dilini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalıdır.
Riyazi və analitik bacarıqları yüksək olanlara, İKT sahəsi üzrə hər hansı layihələrdə tətbiqi proqramın hazırlanmasında yaxından iştirak edən, riyazi statistik metodlarla işləməyi bacaran şəxslərə üstünlük verilir.
İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il dekabrın 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.