Türkiyədə hakim Ədalət və İnkişaf partiyası ilk dəfə olaraq Novruz bayramı ilə əlaqədar reklam filmi çəkdirib. Reklam filminin iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində çəkilməsi diqqət çəkib. "Biz birlikdə Türkiyəyik" adlı filmdə Türkiyənin bütün dəyərləri, sevincləri, həyəcanı, tarixi göstərilir, güclü bir şəkildə birlik və bərabərlik vurğusu qeyd olunur. Türkiyənin hər bölgəsindən, fərqli məkanlardan möhtəşəm insan və təbiət mənzərələrinin əks olnduğu film indidən böyük marağa səbəb olub. Həmin filmi sizə təqdim edirik.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.