banner
banner

Şou

Libası ilə gecəyə damğa vurdu

Libası ilə gecəyə damğa vurdu
54 ildir adətinə sadiq qalan “Pirelli təqvimi” 2019-cu il üçün də işə başayıb.

 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Pirelli gələn ilin təqviminin təqdim etmə mərasimi keçirib. Gecədə bir çox məşhur simalar yer alıb. Onlar bu dəfə də geyimləri ilə yadda qalmağı bacarıblar.

Mərasimdə ən çox diqqət çəkən isə rəqqasə Misti Kouplend olub. O, təcrübəli fotoqraf Albert Vatsonla qırmızı xalıda poz verərkən libasının qurbanı olub. Belə ki, uzun yarıqlı firuzəyi libasda Mistinin alt paltarı görünüb. 

Qeyd edək ki, 2019-cu ilin təqviminə "Arzuların gücü" adı verilib. Letisiya Kast, Sergey Polunin, Cici Hadid, Aleksandr Venq, Culiya Qarner, Misti Kouplend dünyanın ən məşhur təqvimi üçün soyunublar.
 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.