banner
banner

Dünya

CNN xəbər kanalının binasında bomba təlaşı - Tramp hədəf göstərib?

CNN xəbər kanalının binasında bomba təlaşı

Kanalın yerləşdiyi bina boşaldılıb, əməkdaşlar evakuasiya olunub

ABŞ-ın öndə gələn informasiya kanallarından sayılan CNN-nin Nyu-Yorkdakı ofisinə partlayıcı maddə qoyulduğu barədə xəbər gəlib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, Bu səbəblə polis CNN telekanalının mənsub olduğu “Time Warner Center” şirkətinin yerləşdiyi binanın boşaldılmasına qərar verib.

Bir müddət kanalda köhnə verilişlər nümayiş olunub.

CNN 1.JPG (25 KB)

İnsidentin Donald Trampın “tvit”indən sonra gerçəkləşməsi xüsusilə diqqət çəkib Belə ki hadisədən cəmi 1 saat qabaq Donald Tramp “Saxta xəbər, insanların düşməni “adlı müəmmalı mesaj yazıb.

СNN 2.JPG (16 KB)

Tramp bundan öncə Rasmussen sorğu şirkətinin onun siyasətinin əhalinin 50%-i tərəfindən dəstəklənməsi ilə bağlı xəbərə də təxminən eyni reaksiyasnı vermişdi. ABŞ prezidentin Rusiya ilə bağlantılarının araşdırılmasını onun reytinqini aşağı salması barədə gedən xəbərləri prezidentə sataşmaq kimi dəyərləndirib.

“Rusiya ilə bağlı “cadugər ovu” olmadan iki əl ərzində etdiklərimizin (vergi islahatları , hakimlərinn təyini, hərbçilər, veteranlar) müqabilində reytinq 75%-ə gəlib çatacaq. Bu prezidentə sataşmaqdır”.

CNN 3.JPG (28 KB)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.