Pakistanın Kəraçi şəhərində naməlum silahlı parlamentin təhlükəsizlik xidməti əməkdaşlarına hücum edib. Kamikadze motosikleti ilə hərbiçilərin üzərinə hərəkət edərək özünü partladıb. Nəticədə 2 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb. Eyni gündə daha bir hücum isə, məscidə olub. Məscidin yaxınlığında motosikletə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Hücumlara görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hər iki faktla bağlı istintaq araşdırması başladılıb. Polisin hücumların Taliban silahlıları tərəfindən törədildiyini ehtimal edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.