Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb.
Cia.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min nikah qeydə alınıb.
Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. Ötən ilin yanvar ayında isə bu göstərici 1,0 min olub.
Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
Qeyd edək ki, Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb, 84,9 min nəfər nikah bağlayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.