Uruqvayın Maldonado şəhərində Argentina aviaşirkətinə məxsus kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 10 nəfər ölüb. Ölənlər arasında, eyni zamanda, Portuqaliya vətəndaşı da var. Məlumata görə, təyyarədə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaxınlıqdakı gölməçəyə düşüb və alışaraq yanmağa başlayıb. Xilasedicilər hadisə yerində 7 nəfərin meyitini aşkarlaya biliblər. Faktla bağlı istintaq araşdırması başldılıb. Qəzaya nəyin səbəb olduğu məlum deyil.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.