Gürcüstan prezidenti Mixayil Saakaşvilinin “Vahid Milli Hərəkatı”ının təşkilatçılığı ilə Tiflisdə hökümət əleyhinə kütləvi etiraz aksiyası keçirilib. Cia.az xəbər verir ki, 2012-ci ildən bəri müxalifətin ən miqyaslı aksiyası sayılan kütləvi yürüşdə, mərkəzi Rustavelli prospektinə toplaşan minlərlə insan ölkədə yaşanan iqtisadi-sosial problemlərə görə iqtidarı istefaya çağırıb. Əllərində Gürcüstan və Avropa Birliyi bayraqlarını tutan etirazçılar dövlət himinin sədaları altında hökümət binasının qarşısına doğru hərəkət edib. Vahid Milli Hərəkatın liderlərindən olan Georgi Vaşadze müxalifət tərəfdarlarını hökümətə simvolik olaraq “qırmızı kart” göstərməyə çağırıb. Partiyadan olan fəallar səhər saatlarından bəri Tiflis küçələrindən insanlara qırmızı kartlar paylayıb. Azadlıq meydanında yekunlaşan mitinqin sonunda izdihama sabiq prezidenti Mixayıl Saakaşvili müraciət edib. Saakaşvili Gürcüstan hökümətinin gürcü xalqının “gözündən düşdüyünü, öz yalanlarında boğulub batdığını dilə gətirib: “İndi rusiyalı oliqarx və onun yaltaqları başda olmaqla onları hakimiyyətdən kənarlaşdırmalıyıq. Bu hərəkatı dayandırmaq olar, ancaq bunun davamı Gürcüstan üçün faciəvi sonluqla nəticələnəcək". Bu arada Marneulidə azərbaycanlıların Novruz şənliyinə qatılan gürcüstan baş naziri İrakli Qaribaşvili bugün Tiflisdə keçirilən mitinqi pisləyərək, onun dekstruktiv qüvvələr tərəfindən ölkənin inkişafını əngələmək üçn hazırlanmış bir plan olduğunu bildirib.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.