Uzun müddətdir Almaniyada olan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen vətənə qayıdıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ötən gün Etiler istiqamətində yerləşən məkanlardan birindən çıxarkən görüntülənib. Burak və Fahriye jurnalistlərin suallarını cavablandırıb. İkili uşağınızın adı məlumdurmu sualına "Bəli, bəllidir, amma bunu sizinlə paylaşmağımızı gözləməyin" deyə cavab veriblər. Qeyd edək ki, ötən il ailə quran cütlüyün oğlu olacaq. Fahriye hazırda 5 aylıq hamilədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.