55 yaşlı Conni Deppin sosial şəbəkədə yayılan fotosu sevənlərini məyus edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, şəkildə aktyorun sarışın xanımla öpüşməsi əks edilib. Hər kəs Deppin yeni eşqə başladığını yazıb.
az keçmədən isə xanım özü aktyorla olan fotosuna aydınlıq gətirib. O, "Narahat olmayın. Biz Conni ilə dostuq. Şəkli yalnız uşaqlar üçün olan xeyriyyə tədbirində çəkdirdik" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.