Axşam.az-ın məlumatına görə, "El Pais" qəzeti ifaçının vergidən yayındığını yazıb. Belə ki, İspaniyada yaşayan hər kəs vergi ödəməlidir.
2012 və 2014-cü illər arası 183 gün İspaniyada yaşayan Şakirə vergini ödəməyib. O, ümumilikdə 16,3 milyon dollar ödəməlidir.
Yaşayış yeri kimi Baham adasını göstərsə də, müğənninin Barselonada çox qaldığı sübut edilib. Şakira özünü günahkar hesab etmir. Buna görə də, vergi idarəsi ilə Şakira arasında problem yaranıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.