banner
banner

Gündəm

ABŞ Güləni Türkiyəyə verəcəkmi....

ABŞ Güləni Türkiyəyə verəcəkmi....

ABŞ prezidenti Donald Tramp Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsini nəzərdən keçirir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ mediasına bildirib ki, bu barədə prezident Tramp G-20 sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.

Çavuşoğlu Qətərdə keçirilən 18-ci Doha Konfransında çıxışı zamanı Gülənin geri qaytarılması məsələsinə toxunub və bildirib ki, Tramp Argentinada Ərdoğana Gülən və daha bir neçə nəfərin ekstradisiya ediləcəyini deyib. Eyni zamanda əlavə edib ki, bir qədər öncə Federal Təhqiqatlar Bürosu (FTB) Gülən təşkilatının vergidən yayınması mövzusunda istintaq başlatdığını görüb.

Qeyd edək ki, 1999-cu ildən ABŞ-da yaşayan Fətullah Gülənin geri qaytarılması ilə bağlı Türkiyə hökuməti 2016-cı ilin yayında - 15 iyul qiyamından sonra - ABŞ hökumətinə rəsmən müraciət edib. Ancaq Vaşinqton hazırda mövzusunun araşdırıldığı, dəlillərin yetərli olub-olmadığının analiz edildiyini bəyan edib. ABŞ faktiki olaraq indiyədək Türkiyənin bu tələbini rədd edib.

Lakin rəsmi Ankara Vaşinqtona təsir edərək Gülənin geri göndərilməsinə nail olmağa çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə, o cümlədən ən son Argentinada keçirilən G-20 sammitində ABŞ prezidenti ilə görüşdə Gülən məsələsini müzakirə edib. Ancaq belə görünür ki, tərəflər arasında bu mövzuda ortaq fikir yoxdur. Çünki həmin vaxt mediada Trampın Türkiyənin Səudiyyə Ərəbistanı üzərindəki təzyiqi yumşaltmaq üçün Fətullah Gülənin Türkiyəyə qaytarılması haqda düşündüyünü yazmışdı. Amma daha sonra Tramp bu iddiaları təkzib etmişdi. Eyni zamanda rəsmi Vaşinqton Ərdoğan-Tramp danışıqlarında belə bir mövzunun müzakirə olunmadığını bəyan etdi.

İlgili resim

Buna rəğmən ABŞ mediası, o cümlədən “NBC News” telekanalı Trampın məhz Qaşıqçı işində Ərəbistan hakimiyyəti və ABŞ hökumətinə təzyiqləri azaltmaq üçün Güləni Türkiyəyə və ya 3-cü bir ölkəyə - ehtimallara görə Cənubi Afrika Respublikasına - göndərməyi düşündüyü haqda xəbər yaymışdı. Məsələ ondadır ki, Qaşıqçı cinayəti Türkiyədə baş verib və qətllə bağlı detallı bilgilər rəsmi Ankaranın əlindədir. Türkiyə hökuməti isə Səudiyyə Ərəbistanının ipə-sapa yatmaz şahzadəsi Məhəmməd bin Salmanı cəzalandırmaq və eləcə də hadisədə əli olan rəsmilərin məsuliyyətə cəlb olunması üçün təzyiq edir.

Lakin məlum olduğu kimi, Vaşinqton administrasiyası hazırda Qaşıqçı işində əsas tərəf kimi ittiham olunan vəliəhd-şahzadəni müdafiə edir. Bu səbəbdən də telekanalın ortaya atdığı informasiya xeyli dərəcədə maraq doğurub. Bütün bunlara baxmayaraq Gülənin ABŞ-a verilməsi bir sıra səbəblərə görə şübhə ilə qarşılanır. 

Qeyd edək ki, ABŞ və Türkiyə arasında 1979-cu ildə imzalanmış anlaşmaya əsasən, tərəflər tələb etdikləri şəxsləri almaları üçün tələb olunan (yəni Gülən - K.R) şəxsin cinayətini “şübhəyə yer qoymayacaq” bir şəkildə sübut edəcək faktlar təqdim etdiyi təqdirdə mümkün ola bilər. İndi şərtlərdə, yəni konkret Gülənin geri qaytarılması məsələsində Türkiyənin bu cür konkret sübut - yəni ən azı Vaşinqtonu qane edəcək dərəcədə - təqdim etməsi isə inandırıcı deyil. Çünki bəlli olduğu kimi, “camaat” xeyli dərəcədə qapalı olub və fəaliyyətlərində hansısa əmrin birbaşa Gülən tərəfindən verildiyi və ya cinayətdə onun iştirak etdiyini sübut edən bariz dəlillərin əldə olunması çox çətindir. Yəni təqdim olunan dəlillərin ABŞ Ədliyyə Nazirliyini razı salacağı indidən şübhə doğurur.

Fətullah gülən ile ilgili görsel sonucu

Hətta bütün bunlar olsa və Türkiyə istintaqı amerikalıları qane edəcək sübutları təqdim etsə belə, bu, Gülənin Türkiyəyə verilməsi anlamına gəlmir. Çünki məsələ ondadır ki, hazırkı hüquqi prosedura əsasən ölkə daxilində hüquqi proseslərdən müsbət nəticə aldıqdan sonra geri verilmə sənədi Dövlət Departamentinə, dövlət katibinin qarşısına gəlir. Son qərarı isə siyasi rəhbərlik, yəni dövlət rəhbərliyi ilə razılaşdırdıqdan sonra dövlət katibi verir. İndiki halda fərz olunsa ki, bütün sənədlər yetərlidir, son qərarı verəcək olan dövlət katibi “insani məsələləri” əsas götürərək Gülənin geri verilməsindən imtina edə və ya prosesi uzada bilər. Yəni bir mənada Gülənin verilməsi qərarı Amerika ədliyyəsi ilə yanaşı siyasi hakimiyyətinə bağlıdır.

Türkiyə ilə ABŞ münasibətləri elə olmalıdır ki, bu, dövlət katibinin qərarına təsir eləsin. Bu məsələdə qərarı xarici siyasət idarəsi rəhbərinin verməsi işin içində diplomatiya olduğunu göstərir. Məsələn, ABŞ rəhbərliyi bu qənaətə gəlsə ki, Türkiyə hakimiyyəti Fətullah Güləni ədalətli məhkəmədə deyil, siyasi sifarişlə mühakimə etdirəcək, o zaman bu qərar mənfi ola bilər. Üstəlik, bu mövzuda həddən artıq həssas davranan və Tramp administrasiyasına təzyiq edən bürokratik aparat və qeyri-dövlət quruluşlarının Gülənin ekstradisiyasına razılıq verəcəyi inandırıcı deyil.

Və nəhayət, hazırda siyasi mənada Türkiyə-ABŞ münasibətləri xeyli dərəcədə gərgindir, üstəlik, ABŞ ədliyyəsi Türkiyədə məhkəmə və prokurorluq sisteminə şübhəli yanaşır. Ya da ən azı belə bir görüntü var. Bu isə o deməkdir ki, Gülənin geri qaytarılması Türkiyə istintaqının işi ilə yanaşı, diplomatiya və siyasi rəhbərliyindən asılıdır. Suriya mövzusunda da Vaşinqton və Ankara arasında dərin böhran var və indi hansısa rahat anlaşmadan danışmaq mümkün deyil.

İki ölkə münasibətlərinin hazırkı durumu, Qərbdə Türkiyəyə qarşı münasibət və nəhayət, F.Gülənin Qərbdə, xüsusən də ABŞ-dakı yeri və əlaqələri onun Türkiyəyə geri verilməsini hardasa mümkünsüz edir. Digər tərəfdən, Gülənin Qərbə bağlı olması, yaxın əməkdaşlıq etməsi onun geri qaytarılmasını mümkünsüz edir. Amerika isə uzun illər əməkdaşlıq etdiyi müttəfiqini rahat şəkildə geri qaytarmaz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.