banner
banner

İdman

Azərbaycan kubokunda yarımfinal cütləri müəyyənləşdi

Azərbaycan kubokunda yarımfinal cütləri müəyyənləşdi

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük bəlli olub.

Premyer Liqamızın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Çempionatda işləri yaxşı getməyən Qəbələ təmsilçisi ilk oyunda olduğu kimi cavab görüşündə də eyni hesabla qalib gəlib - 1:0. Bununla da "Qəbələ" yarımfinala yüksəlib.

Günün digər oyununda isə "Qarabağ" kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunurdu. Görüş 1:1 hesabı ilə başa çatıb və bu, "Qarabağ"ın yarımfinala çıxmasını təmin edib.

Xatırladaq ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.
Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)


19:00. “Keşlə” – “Qarabağ” - 1:1 
Qol: 
Amil Yunanov, 29 (1:0), Miçel, 50 (1:1)
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
İlk oyun: 0:1
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”



16:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol:
Ceyms Adeniyi, 80
Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19 dekabr
“Sumqayıt” –
 “Neftçi” - 0:1
İlk oyun: 2:0
16:00. “Səbail” – “Zirə” -2:3 
İlk oyun: 0:1
1/2 finalda qarşılaşacaqlar:

“Sumqayıt” - “Zirə"

 

“Qəbələ" - “Qarabağ” 

Bu mərhələnin ilk oyunları aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.