Yaponiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin payız aylarında bu ölkəyə planlaşdırılan rəsmi səfərinə razılıq verməyib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Yaponiyanın Sankei Shimbun saytı yayıb. Xəbərdə deyilir ki, bu səfərin ertələnməsinə baxmayaraq Yaponiyanın Baş naziri Sindzo Abe noyabr ayında Pekində baş tutacaq İqtisadi Sammitdə Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, Putinin Yaponiyaya rəsmi səfəri bu ilin fevralında tərəflər arasında razılaşdırılsa da səfərin gözlənilən vaxtda baş tutmamasının Ukraynadakı siyasi durumla bağlı olduğunu deyirlər.
Pekində hər iki dövlətin rəsmiləri arasında keçiriləcək görüşdə Sindzo Abenin Vladimir Pitinə Ukrayna münaqişəsinin həll edilməsi üçün bəzi təkliflər verəcəyi gözlənilir.
Sankei Shimbun saytının fikrincə, Vladimir Putin yapon xalqı qarşısında hələki özünü Ukraynada sülhü dəstəkləyən bir lider kimi göstərməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.