Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub Qol.az-ın məlumatına görə, bununla da çempionatda birinnci dövrə başa çatıb. Turun son oyun günündə 2 qarşılaşma keçirilib. "Volfsburq" səfərdə "Auqsburq"u 3:2 hesabı ilə məğlub edib. Qonaqlara qələbə gətirən qolları 33-cü dəqiqədə Cozua Qilavoqi, 41-də Villiam və 89-da Yannik Gerhart vurublar. Meydan sahiblərindən isə Rani Kedira (49) və Serci Kordova (59) fərqləniblər.
Turun son oyununda isə "Hoffenhaym" və "Maynts" klubları üz-üzə gəliblər. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar. Qeyd edək ki, ilk dövrədən sonra turnir cədvəlinə 42 xalla "Borussiya" başçılıq edir. Dortmund təmilçisindən 6 xal az toplayan "Bavariya" 2-cidir. İlk 3-lüyü 33 xalla Münhenqladbax "Borussiya"sı tamamlayır.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb