Almaniya ilə Yunanıstan arasında kredit məsələsi ilə əlaqədar münasibətlər gərginləşib. ANS PRESS-in məlumatına görə, Almaniya hökuməti Yunanıstana kredit ayrılması üçün rəsmi Afinadan bir sıra maliyyə islahatları keçirməsini tələb etsə də, yunan hökuməti buna razılıq vermir. Əvəzində isə, Almaniyadan ikinci dünya müharibəsi zamanı ölkəyə dəyən ziyana görə 11 milyard dollar məbləğində təzminat tələb edir. Yunan hökuməti müharibə dövründə ölkədə 200-dən çox mülki vətəndaşın qətlə yetirildiyini əsas gətirib. Bir qədər əvvəl Yunanıstanın maliyyə naziri Yanis Varufakisin Almaniya hökumətinə təhqiramiz işarə göstərməsi isə, münasibətlərin daha da pisləşməsinə səbəb olub. Nazir videonun saxta olduğunu desə də, Almaniya hökuməti araşdırmadan sonra videoda heç bir manipulyasiyanın olmadığını açıqlayıb. Almaniyanın Der Şpigel jurnalı iki ölkə arasındakı münasibətləri jurnalın üz qabğına yerləşdirdiyi fotoşəkillə təsvir etməyə çalışıb. Fotoşəkildə Almaniya kansleri Angela Merkel vermaxt zabitlərinin əhatəsində Afina akropolunun qarşısında təsvir olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.