Uzun zamandır ekranlardan uzaq düşən aktyor Kadir Doğulu yenidən tamaşaçı qarşısına çıxacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yanvarın 7-dən "Vuslat" adlı ekran işi ilə geri qayıdır. Serialda Kadir "Əziz" obrazını canlandıracaq. "Əziz" Almaniyada doğulan, 15 yaşında Türkiyəyə köçən və sonradan ailəsinin şirkətini idarə edən xarizmatik bir obrazdır.
Ekran işinin ssenarisi Betül Yağsağan, rejissorluğu Murat Onbulana aiddir. Serialda Doğuludan başqa, Devrim Özkan, Mehmet Özgür, Ümit Kantarcılar, Pelin Uluksar, Baran Bölükbaşı, Serra Pirinç, Gamze Süner Atay, Erdem Akakçe, Özcan Varaylı, Şeyla Halis ve Gözde Kaya da rol alıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.