banner
banner

Sağlamlıq

Hədsiz enerjiyə sahib olun 10 VƏRDİŞİ

Hədsiz enerjiyə sahib olun

Gün ərzində hədsiz enerjiyə sahib, yorğunluqdan şikayət etməyən biri olmaq istəyirsinizsə, bəzi vərdişlərə yiyələnməniz lazımdır. Yaxşı dincəlmiş biri olmaq üçün gün ərzində enerjinizi yüksəldib, günün sonunda yuxu gətirəcək rejimi təyin etməniz lazımdır. Ailem belə insanların sahib olduğu 11 vərdişi təqdim edir.

Təxirəsalma düyməsinə basmırlar

Zəngli saatı dəqiqələrlə təxirə salmaq yorğun bir insanın ən böyük düşmənidir. Gün boyu sizi daha çox yorğun hiss etdirir. İlk zəngdən sonrakı yuxu pozulmuş yuxudur. Bu vərdişi tərgitmək sizə daha çox fayda verəcək.

Səhər yeməyində nadir hallarda çörək yeyirlər

Çörək enerji versə də, gün ərzində enerji azlığı yaşada bilər. Çörək yerinə yüksək proteinli, daha az şəkərli qidalar yeyin.

Günorta yeməyindən sonra qəhvə içməzlər

Saat 4-dən sonra yorğunluğu aparmaq üçün bir fincan kofein istəyirsinizsə, səhv etmiş olursunuz. Gün ərzində gec qəbul edilən kofein gecə yuxusuna mane olur. Yatmadan 6 saat əvvəl kofeindən uzaq durun.

Siqaret çəkməzlər

Qan dövranına çatan oksigeni azaldaraq enerjini bitirir. Yuxuda qalma problemindən daha az əziyyət çəkirlər.

Gün ərzində iş yoldaşları ilə danışırlar

Kompüter arxasındakı ləzzətdən ayrılmaq istəməyə bilərsiniz. Ancaq  zehninizin yorulduğunu hiss edirsinizsə, kompüter arxasından qalxıb iş yoldaşınızla söhbət edin. Sizi xoşbəxt, oyanıq  edəcək.

Yataqda heç nə izləməzlər

Cihazınızın işığı yuxunuzu qaçırır, səhərlər key kimi olursunuz. Texnologiyalarınızı yataq otağından bayırda tutun.

Yuxuya getmədən əvvəl gözəl şeylər düşünürlər

Gözəl hadisə, rahatladan bir şeyi düşünmək tez yuxuya getmənizə kömək edəcək.

Ev heyvanları ilə yatmazlar

Ev heyvanı ilə yatanların 30 faizi hər gecə yuxudan ən az bir dəfə oyanır.

Corabla yatırlar

İsti ayaqlar daha tez yuxuya getmənizə kömək edir.

Həftə sonları çox gec oyanmazlar

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.