"Söylemezsem Olmaz" verilişinin aparıcısı Bircan Bali açıqlaması ilə gündəm yaradıb. Aparıcı müğənni Ebru Gündeşin hamilə olduğunu və doğuşun Amerikada keçəcəyini söyləyib.
"Siz deyilənlərə yox, mənə qulaq asın. Ebru Gündeş hamilədir. Yaxın günlərdə ərinin yanına, Amerikaya gedəcək, hətta övladını da orada dünyaya gətirəcək". Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunmuşdu. Azadlığa çıxdıqdan sonra ötən ilin yayında Ebru ilə görüşüb. İddialara görə, hər iki məşhur ikinci uşaq istəyir. Həkimlərlə tez-tez görüşən və müalicə alan müğənni əriylə də bu səbəbdən görüşübmüş. Xatırladaq ki, cütlüyün bir qızı var.
Onu da bildirək ki, Gündeşin son vaxtlar çəki alması da diqqətdən yayınmayıb. Lakin son müsahibəsində hamiləlik iddialarını yalanlayan sənətçi sadəcə kökəldiyini bildirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.