Amerikanın Florida ştatının Orlando şəhərində kiçik vertolyot yaşayış evinin üzərinə düşüb. "Report" xəbər verir ki, "Robinson R44" vertolyotunun göyərtəsində yalnız pilot olub və o, ölüb. Qəza zamanı ikimərtəbəli evdə heç kim olmayıb. Ev yanıb, lakin hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını tezliklə söndürüb. Hazırda ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin xüsusi komissiyası qəzanın səbəblərini araşdırır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.