Kənd təsərrüfatı naziri İnam Kərimov növbəti kadr dəyişikliyi həyata keçirib. Belə ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.
Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.
Qeyd edək ki, Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. İnam Kərimov Prezident İlham Əliyevin 2018-ci il aprel ayının 21-də imzaladığı sərəncam ilə kənd təsərrüfatı naziri təyin edildikdən sonra, yeni nazirin sərəncamı ilə o, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunmuşdu.
Anar Hüseynovun yerinə isə daha öncə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini vəzifəsində olan Vüqar Hüseynov təyin edilib. Vüqar Hüseynov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Sosial-siyasi nəzəriyyələr” fakültəsinə daxil olub, 1997-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.
“Vətəndaş”, “Rezonans”, “Vətəndaş Həmrəyliyi”, “Millət”, “Mərkəz”, “Xalq Cəbhəsi” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.
2004-cü ildən ötən ilin sonunda ləğv edilən “Azəri-Press” İnformasiya Agentliyində (APA) baş redaktor, 2012-ci ilin noyabrından isə I vitse-prezident vəzifələrini tutub. 2013-cü ildə isə həmin şirkətə daxil olan və hazırda fəaliyyəti dayandırılan APA TV-yə baş direktor vəzifəsinə təyinat alıb.
28 iyun 2018-ci ildə "APA Holding"də tutduğu vəzifədən ayrılıb, 5 iyul 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini vəzifəsində çalışır.
Onu da qeyd edək ki, İnam Kərimov nazir vəzifəsinə təyin edildikdən sonra bir sıra kadr islahatları həyata keçirib. Bu baxımdan o, ən çox kadr dəyişikliyi edən nazir kimi də xarakterizə edilir.
Anar Hüseynov və Vüqar Hüseynov müsbət xarakterizə olunan kadrlardır. Onlara uğurlar diləyirik.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.