banner
banner

Şou

Ərdoğandan Dənizə sərt sözlər: "Faşistliyin ən pik həddidir"

Ərdoğandan Dənizə sərt sözlər:

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hicablı qadınları təhqir etdiyi iddia olunan aktrisa Dəniz Çakıra sərt sözlər ünvanlayıb.

 

Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, prezident partiyasının bugünki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edib. 

"Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən pik həddidir. Kimdir onu deyən, özü də aktrisa imiş... Bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür.", - deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, iddia görə, Dəniz bir neçə gün öncə getdiyi bir kafedə 6 hicablı qadınla yaxınlaşaraq "Bura Ərəbistandır? Nə gəzirsiniz burada. Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.