Ukraynanın Regionlar partiyası ölkənin keçmiş prezidenti Viktora Yanukoviçin kiçik oğlunun ölümünü təsdiqləyib. Partiya kiçik Yanukoviçin ölmü ilə bağlı ailəyə başsağlığı verib. Valideynlərə və onun dul həyat yoldaşına ünvanlanmış başsağlığında dünyasını dəyişmişlə bağlı xoş sözlər bildirilib. Bildirilir ki, partiyadan Ali Radaya deputat seçilmiş ən gənc nümayəndələrdən birinin 33 yaşı olub. "Biz Viktor Yanukoviçin valideynlərinə, onun dul qadını Olqaya və oğlu İlyaya başsağlığı veririk. Onların dərdinə şərikik". Xatırladaq ki, Ukraynanın keçmiş prezidentinin oğlunun ölümü haqqında məlumat ötən gün yayılıb. İddialara görə, onun idarə etdiyi mikroavtobus Baykalda batıb. Bu məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Maşında sürücü ilə yanaşı daha 5 nəfər olub. V.Yanukoviçin Krımda dəfn ediləcəyi deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.