banner
banner

Sağlamlıq

Günorta yatmağın təhlükəsi aşkarlandı

Günorta yatmağın təhlükəsi aşkarlandı

Günorta vaxtı insanda "yuxunun tökülməsi" demensiyanın inkişafı riskindən xəbər verə bilər.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda elmi işin nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.

Mütəxəssislər natamam yuxudan (dərin fazalı) əziyyət çəkən, yaşı 60-dan yuxarı 119 nəfərin sağlamlıq göstəricilərini təhlil edib. Könüllülərin  beyin dalğalarının qeydə alınması məqsədilə onlar portativ elektroensefaloqraflarla təchiz olunub.

Tədqiqat nəticəsində pasiyentlərdə neyronları dağıdan və beyində neyrofibrilyar yumaqlar (adətən, Alzheymer xəstələrində müşahidə olunur) formalaşdıran tau-zülal miqdarının artıdığı üzə çıxıb.

 

Alimlərin fikrincə, belə neqativ effektə məhz dərin fazalı yuxu çatışmazlığı səbəb olub. Başlıca olaraq bu, günortalar yatan insanlarda müşahidə olunub.

Qeyd edək ki, Alzheymer xəstəliyi demensiyanın geniş yayılmış növü, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Alzheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.