Qəribə səslənsə də Bolqarıstanda bu bitki ilə xərçəngi müalicə edirlər. Əməliyyatdan öncə və sonra da xərçəngi sağaldır və 100% qarantiya verirlər.
Bu sadə reseptlə də Rusiyada xərçəngdən sağalanlar var. Bu xeyirxah bitkinin adı kəndalaşdır (kol bitkisidir-red). Bitki may – iyun aylarında çiçəkləyir, meyvəsi iyul – avqustda yetişir. Xalq təbabətində, eləcə də elmi təbabətdə qara kəndəlaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə edilir.
Çiçəkləri tam açılan dövrdə, meyvələrini isə tamam yetişən vaxt toplanır. Çiçəkləri toplayan kimi kölgəli yerdə, açıq havada və ya quru havalı binalarda sərib qurudulur. Meyvələri isə xüsusi sobalarda və ya meyvəqurudan quruducularda hazırlanıb istifadəyə verilir. Yaxşı qurudulan meyvələr turşməzə dada malik olur.
Qara kəndəlaşın çiçəklərində bir sıra müalicə əhəmiyyətli maddələr, müəyyən edilmişdir. Bunlardan: sanbuniqrin qlokozidini, rutini, efir yağını, qətranı, pektin maddələrini, selik maddələrini, xlorini, xlorogeni, kofeyini, valerian, alma və sirkə turşularını, eləcə də C, B, K vitaminlərini göstərmək olar. Meyvələrinin tərkibində antosian, xrizantemin, sambusin, sambusianin kimi bioloji fəal maddələr vardır. Elmi təbabətdə kəndəlaşın qurudulmuş çiçəklərindən 6 qr. 200 q. suda çay kimi dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının iltihabını aradanqaldırıcı dərman kimi, xörək qaşığı ilə qəbul edirlər. Bundan əlavə qara kəndəlaşın çiçəkləri "Tərlədici çayın" və "yumşaldıcı yığıntının" tərkibində də işlədilir.
Çiçəklərindən çay kimi dəmləyib, boğaz ağrılarında, ağız nahiyəsində və diş ətində iltihab olan vaxtı, eləcə də anginada qarqara dərmanı kimi istifadə edilir. Qurudulmuş meyvələrindən xalq təbabətində firni [kisel] formada preparat hazırlayıb, yüngül işləmə dərmanı kimi körpə uşaqlara yedirdilir. Təzə dərilmiş meyvələrindən və şirəsindən avitaminozda mürəbbə şəklində qüvvətverici və iştahartırıcı kimi istifadə edilir. Tərkibində yüksək dərəcədə C vitamini var . Kəndlaş hipotetlərə, revmatik xəstələrə və malariya xəstəliyinə də çox effektlidir.
Kəndalaşın qara giləmeyvə növü yığılır, şüşə qaba 1 lay giləmeyvə, 1 lay şəkər ( təbbi balla hazırlamaq daha yaxşı olar) səpilərək qab doldurulur. 1-1.5 ay yarım qaranlıq yerdə saxlanılır və hazırdı. Gündə 3 dəfə yəməkdən dərhal sonra 1x.q yeyilir . 10 dəqiqə sonra 150 qr distillə olunmuş su içilir. Deməli 1.5 yarım içilir, sonra 1 ay fasilə verilir yenidən təkrarlanır. Özü də 3 seans olmaqla.


