Ötən illərdə evinə girən oğruya görə qorxulu anlar yaşayan hadisə mənzilini dəyişmək qərarı alıb.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı daha çox mühafizəçisi olan bir bölgəyə köçməyə hazırlaşır. Hadisə 10 milyonluq bir ev seçib.
Bundan əvvəl müğənni İstinye ərazisindəki evindən Rumelihisarındakı 600 min dollarlıq evinə köçmüşdü. Boğaz mənzərəli evdə tək yaşayan 33 yaşlı sənətçi burada da rahat ola bilməyib.
Hadisənin seçdiyi yeni evi 250 kvadratmetrdir, 4 yataq, bir qonaq otağından ibarətdir. lüks ev üçün Hadisə kredit də götürməyə hazırlaşır.
Qeyd edək ki, pərəstişkarı Hadisənin evinə girmək istəyən zaman polis tərəfindən tutulub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.