Təzə sıxılmış şirələrin insan orqanizmi üçün faydası danılmazdır. Onların tərkibindəki bioloji fəal maddələr həmin an maddələr mübadiləsinə təsir edir.
Milli.Az sağlamlıq üçün beş ən faydalı şirənin siyahısını təqdim edir. Bu şirələrin faydası elmi tədqiqatlar nəticəsində alınan məlumatlarda öz təsdiqini tapıb.
Quşüzümü şirəsi. Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr - oliqosaxaridlər bu şirəni "təbii antibiotik"ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.
Çuğundur şirəsi. Bu şirə ürək-damar sistemi üçün çox faydalıdır, təzyiqi aşağı salır. Çuğundur şirəsinin hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Alimlər çuğundurun və ondan çəkilən şirənin bu keyfiyyətini onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqələndirirlər.
Tomat şirəsi. Bu şirədən istifadə qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri əsasən Tokio Tibb Universitetindən olan alimlər təsdiqləyiblər. İki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınlar həyəcanın əhəmiyyətli dərəcədə azalmasını və ürək sıxılmalarının tezliyinin yaxşılaşdırılmasını nümayiş etdiriblər.
Albalı şirəsi. Böyük Britaniya və Cənubi Afrika Respublikasından olan tədqiqatçılar albalı şirəsinin qəbulunun qanda sidik turşusunun azalmasına gətirib çıxardığını sübut ediblər. Bu, podaqranın profilaktikasında və ya artıq mövcud olan xəstəlikdə faydalı ola bilər. Sınaqlar göstərib ki, bu, hər gün iki porsiya albalı şirəsi qəbul edildiyi halda effektlidir.
Portağal şirəsi. Harvard Universitetindən olan alimlərin tədqiqatları sübut edib ki, portağal şirəsi qocalıqla bağlı ağıl zəifliyinin aradan qaldırılması üçün faydalıdır. Hər gün bir stəkan təzə sıxılmış portağal şirəsi içən kişi könüllülərdə bu xəstəliyin inkişaf ehtimalı 47 faiz azalıb. (publika.az)
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.