Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhurlarla görüşüb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Beştəpədə baş tutub.
1 saat 10 dəqiqə çəkən görüşdə mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy, prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun da iştirak edib.
Prezidentin qəbulunda Mahsun Kırmızıgül, Oqtay Qaynarca, Tamer Qaradağlı, Burak Özçivit, Ata Dəmirer, Elif Dağdevirən, Yılmaz Erdoğan, Demet Akbağ və başqaları olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.