"50 il davam edən işğal başa çatmalıdır". Bunu Barak Obamanın xarici işlər üzrə baş məsləhətçisi Denis Makdonou İsrailin baş naziri Benyamin Netanyahunun çıxışlarına münasibət bildirərkən deyib. O həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsinin 2 dövlət yaratmaq yolu ilə həlli ideyasına sadiqdir. "Biz özümüzü elə göstərə bilmərik ki, guya bu sözlər heç deyilməyib. ABŞ hər iki dövlətin sülh şəraitində yaşaması üçün böyük enerji sərf edir. Buna görə də İsrailin baş nazirinin sözləri bizi narahat etməyə bilməz. Netanyahunun bir-birinə zidd bəyanatları İsrailin münaqişənin sülh yolu ilə həlli istəyini şübhə altına alır", - deyən ABŞ rəsmisi qeyd edib ki, Netanyahunun sözlərini qulaqardına vura bilməzlər. "İsrailin rəhbərinin kim olmasının bizim üçün əhəmiyyəti yoxdur, amma Vaşinqton iki dövlət konsepsiyasından imtina etmək niyyətində deyil", - deyə İsrail KİV-ləri ABŞ rəsmisinin sözlərindən sitat gətirib. Qeyd edək ki, Benyamin Netanyahu seçkidən əvvəl Fələstin və İsrailin iki dövlət olaraq mövcud olmasının tərəfdarı olduğunu demişdi. Lakin son parlament seçkilərində uduza biləcəyini anlayanda bildirdi ki, İsrail Fələstinin muxtariyyətinə imkan verməyəcək. Seçkilərdə qələbə qazanandan sonra isə o, yenidən fikrini dəyişdi. "Mən münaqişənin iki dövlətin mövcudluğuna imkan verən stabil, sülh yolu ilə həllinin tərəfdarıyam", - deyən Netanyahu problemin "bir dövlət" formasında həllini "istəmədiyini" bildirib.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.