Türkiyənin Bursa vilayətində MERS – Yaxın Şərq Tənəffüs Sindromu virusuna yoluxan şəxs xəstəxanadan qaçıb.
ANS PRESS-in məlumatına görə, həkimlər xəstəyə diaqnoz qoyduqdan sonra onu Orhanəli rayonunda Çəkirgə Dövlət Xəstəxanasına yerləşdirməyə çalışıblar. Lakin, xəstə ambulansda 20 dəqiqədən artıq gözləyə bilməyib və xəstəxana sahəsini tərk edib.
Viruslu şəxsin ictimaiyyət arasına buraxılması Bursa rəhbərliyinin də qəzəbinə səbəb olub. Hazırda şəxs axtarışdadır. Onun digər insanları da yoluxdurma ehtimalı yüksəkdir.
Son günlərdə Həcc ziyarətindən qayıdan insanlarda bu virusa yoluxma halları artıb. Məlumata görə, indiyə qədər artıq bir nəfər virusdan dünyasını dəyişib.
Türkiyənin səhiyyə rəsmiləri yoluxma hallarının qarşısını almaq üçün mindən çox həcc ziyarətçisinin səhhətinə nəzarətə edir. MERS virusu diaqnozu ilə Türkiyə xəstəxanalarına 11 nəfər yerləşdirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.