banner
banner

Şou

İbrahim Tatlıses ilk dəfə danışdı- FOTO

İbrahim Tatlıses ilk dəfə danışdı-

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs ağır əməliyyatdan və düşdüyü komadan sonra özünə gələrək danışıb. Cia.az sənətçinin rəsmi "Facebook" səhifəsinə istinadən bildirir ki, Tatlısəs sevənlərinə sosial şəbəkə vasitəsi ilə əməliyyatdan sonra, ilk dəfə açıqlama verib:"Əziz sevənlərim! Hamınızın bildiyi kimi böyük bir əməliyyat keçirdim. Sevənlərimin duası ilə geridə qoydum. Sağlamlığım qaydasındadır. Fizioterapiya üçün qısa bir müddət daha sevənlərimdən və vətənimdən ayrı qalacam. Amma bilməyinizi istəyirəm ki, vətənimə, millətimə və siz sevənlərimə xüdmət üçün yaxında yanınızda olacam".

İbrahim Tatlıses bu gün Fransa təyyarəsinin düşdüyü və 150 nəfərin həyatını itirməsi ilə bağlı yazmağı da unutmayıb:"Bununla birlikdə bu gün Fransada baş vermiş təyyarə qəzasında həyatını itirənlər üçün Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.Ürəyinizin bir küncündən, dualarınızdan məni əskik etməyin. Hörmətlərimlə İbrahim Tatlısəs".

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir. 

CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.