banner
banner

Gündəm

Hacıqabuldakı ər-ərvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...”

Hacıqabuldakı ər-ərvad intiharı:

Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə - ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub.

Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib.

Sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb. Qeyd olunur ki, bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılıblar, daha sonra isə bu faciə baş verib.

Məlumata görə, cütlük 15 il birgə yaşayıb, uşaqları olmadığı üçün bu il fevralın 14-də ayrılmaq qərarı veriblər. Bir gün sonra isə inttihar ediblər.

Modern.az saytı hadisənin təfərrüatı barədə əlavə məlumat əldə etmək üçün intihar edən Əfsanə Mayılovanın əmisi Niyazəli Mayılovla əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, intiharın səbəbi təkcə övladsızlıq olmayıb: "Əfsanə ata-anasını erkən yaşlarında itirib. Ata-anası dünyasını dəyişəndən sonra Əfsanəni mən böyütmüşəm. Əfsanə ilə Sahib bir-birlərini o dərəcədə sevirdilər ki, sözlə ifadə edə bilmirəm. Bu da sonu. Onların sevgisinə Romeo- Cülyetta, Leyli-Məcnun adı vermək olardı. 15 il olardı ki, ailəli idilər. Heç vaxt kimsə onların ailəsinə təzyiq göstərə bilməyib. Sahib ailəsinə kimlərinsə müdaxilə etməsinə imkan verməyib. Maddi durumları yaxşı deyildi, bu da intiharın səbəblərindən biridir”.

Niyazəli Mayılov xatırladıb ki, ər-arvad hər ikisi eyni gündə intihar edib: "Sahib atası evində özünü asıb. Həmin gün Əfsanəyə deyib ki, get əmingilə, bir az başın dincəlsin, ürəyin açılsın. Elə Əfsanə bizdə olanda xəbər gəldi ki, Sahib özünü asıb. İnanmadıq. Qəribəsi o idi ki, bütün qohumlar ora toplaşıb ağlayanda Əfsanə ağlamırdı. Eləcə dayanıb baxırdı. Əfsanənin atası evi də ora yaxındır. Qadınlar deyib ki, "gedək yas məclisi üçün bir-iki şey-şüy gətirək”. Əfsanə də deyib ki, "siz gedin, evi yığışdırıb gəlirəm”. Əfsanəni gözləsək də gəlib çıxmadı. Atası evinə qayıdanda gördük ki, o da özünü orda asıb. Danışa bilmirəm. O qədər bir-birinə yaraşırdılar ki! Özlərinin evi ayrı idi. Bir tərəfdən övladın olmaması, digər tərəfdən də maddi sıxıntının olması onları canından bezdirmişdi. Bir neçə dəfə müalicə almışdılar. Ancaq maddi imkansızlıq müalicəni davam etdirməyə mane olurdu. Təkcə övladın olmaması deyil, maddi çətinlik də onların başına belə oyun açdı”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.