banner
banner

Sağlamlıq

Rahat yatmaq istəyirsiniz?

Rahat yatmaq istəyirsiniz?

Yuxudan gözəl dərman, yuxusuzluqdan ağır xəstəlik yoxdur. Amma yuxu o zaman gözəl dərman olur ki, vaxtında yatıb, vaxtında oyana biləsən. Bu dəfə yuxuya getməkdə çətinlik çəkənlərə maraqlı məlumatımız olacaq. Mütəxəssislərin fikrincə qəbul edəcəyiniz 8 qida sizin rahat yatmanıza kömək edəcək

Gərgin iş rejimi, əsəb, stress... Bütün bunlar yuxusuzluğa səbəb olan amillərdən yalnız bir neçəsidir. Lakin bütün bunlarla yanaşı sən demə gün ərzində lazımi qiadalarla bəslənməməyimiz də yuxuya mane olur.

Araşdırmalara əsasən, yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri balıq ətidir. Bunun sirri balığın tərkibindəki melatonin hormonundadır. O insan  orqanizmində yuxu yaradan sistemin işini bərpa edir. Üstəlik insanı gün boyu enerjili saxlayır.

Bir stəkan südün yuxuya getmək üçün əla vasitə olduğunu bilirsiniz. Mütəxəssislər yoqurt və pendirin də normal yuxu rejimi yaratdığına əmindirlər.

Yuxu dərmanını rahatlıqla əvəz edən yuxugətirici digər təbii vasitə isə gilas şirəsidir. Siz əgər iki həftə ərzində mütəmadi olaraq səhər və axşam bir stəkan turş gilas şirəsi içsəniz yuxu sisteminiz qaydasına düşəcək. Mütəxəsislər deyir ki, yuxu dərmanından fərqli olaraq burda doza həddinin aşılması kimi bir qorxu da yoxdur. Şirə təbii vasitə olduğundan heç bir təhlükə yaratmır. Əvəzində sizin qaydasından çıxmış yuxu sisteminizi qaydasına salır üstəlik əsəblərinizi də sakitləşdirir.

Banan - bu meyvəni "sarı qabıqlı yuxu dərmanı" da adlandırmaq olar. Yatmazdan qabaq banan yeməklə siz rahat yuxunuzu təmin etmiş olarsınız.  Melatonin və seratonindən başqa bananın onun tərkibində maqnezium da var ki, bu da əzələləri rahatlaşdırır. Eyni zamanda qoz, fındıq, badam kimi çərəzlər də tərkibində olan kalsium sayəsində əzələlərinizin rahatlaşmasına və şirin yuxu yatmanıza yardımçı olacaq.

Noxud, yaşıl yarpaqlı tərəvəzlər, eyni zamzanda çobanyastığı çayı beynimizin rahatlığına və yuxuya getməyimizə kömək edən qida məhsulları sırasındadır. Çobanyastığı çayı xüsusilə, əsəbləri gərgin olan insanlar üçün əvəzedilməzdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.