Müdafiə Nazirliyi: Tonoyanın müdafiə və hücumdan anlayışı yoxdur
Ermənistan müdafiə naziri David Tonayan ölkənin icimai televiziyası vasitəsilə çıxış edərək Ermənistanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.
2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq.
Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.
Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.