27 yaşını qeyd edən Demet Özdemirin ad gününü ilk olaraq bacısı və qardaşı təbrik edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra yaxın dostları ilə qeyd edən aktrisa üçün atəşfəşanlıq da olunub.
Həmin an Demetin yanında olmayan Can Yaman səhər çəkiliş meydançasında aktrisanın otağını güllərlə bəzətdirib. Özdemir Yamanın ona etdiyi sürprizi İnstaqram səhifəsində yayımlayaraq ürəklər düzüb. Bu paylaşım Canla Demetin sevgili olma iddialarını gücləndirib.
Qeyd edək ki, aktyorlar birlikdə "Ergenci kuş" serialında rol alır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.