ABŞ Geoloji Xidməti bəyan edib ki, Kaliforniya ştatında 7 vulkan 200 minədək insanın yaşadığı ərazi üçün ciddi təhlükə törədir.
Trend-in məlumatına görə, mütəxəssislər həmin vulkanları aktiv hesab edir və vulkanik zəlzələlərlə nəticələnə biləcəyini bildirirlər.
Araşdırmada həmçinin qeyd olunur ki, ölkədə "barıt çəlləyi" daha çox Alyaska, Vaşinqton, Oreqon və Kaliforniya ştatlarında yerləşir. Ümumilikdə ABŞ ərazisində 161 vulkanın olduğu deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.