Hande vəfat edən anasından danışdı - "Çox darıxıram"
Xəbər verdiyimiz kimi, aktrisa Hande Erçelin anası Aylin Erçel bir müddət əvvəl dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, aktrisa anasını itirdikdən sonra ilk dəfə bu barədə danışıb. O, "Marie Clarie" jurnalına açıqlama verib:
"Allah heç kimə yaşatmasın. Çox darıxıram. Çox zaman susmağı seçirəm. Amma hər zaman susmaq onu yox saymaq sayılır. Günlərim içimdəki dərin acını yaşayaraq, bununla yaşamağı öyrənməyə çabalayaraq keçir. Çalışaraq həyata tutunuram. Təbii ki, ən böyük dəstəkçim atamdır. İzah edilə bilməyən hissdir".
Qeyd edək ki, A.Erçel xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.