Xəbər verdiyimiz kimi, Beren Saatın Kenan Doğulu ilə bağlı paylaşımlarını silməsi onların boşanma iddiasını daha da gücləndirmişdi.
Axşam.az xəbər verir ki, bu dəfə Kenan Doğulu həyat yoldaşını İnstaqramda izləmədən çıxarıb.
Həmçinin, Beren də ərini artıq “follow” etmir.
Qeyd edək ki, Kenan Doğulunun konserti zamanı jurnalistlərlə qarşılanan ifaçının anası “Kenan Doğulu və Beren Saat boşanıb” sualına “Mən bilmirəm, siz daha yaxşı bilərsiniz” deyə, cavab verib.
Onun bu cavabı da ayrılıq iddialarını gücləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.