Fransa Liqa1-də XXVIII turun 5 matçı baş tutub. ONA-nın məlumatına görə, turnir cədvəlində ikinci olan “Lill” səfərdə “Sent-Etyen”lə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Qonaqlar 3 xal qazanmaqla mövqelərini möhkəmləndiriblər.
“Renn” “Kan”la, “Tuluza” isə “Gemqam”la ev oyununda qələbə əldə edib. Hərəyə iki qol vuran “Monpelye” və “Anje” bir xal qazanıblar. Tura Marseldə yekun vurulub. “Nitsa”nı qəbul edən şəhərin eyniadlı komandası Mario Balotellinin qolu ilə qələbə qazanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb