Ötən ilin sentyabrında Burak Törerlə olan münasibətini bitirən Gülben Ergen bir müddətdir tənhadır.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı yeni bir münasibətə başlayıb. Ergenin bir müddətdir musiqiçi Emre Irmakla aşk yaşadığı ortaya çıxıb. 2008-ci ildə işıq üzü görən “Sürpriz” mahnısının bəstəkarı olan Emre ilə son zamanlar tez-tez görüşməyə başlayan Ergenin ona aşiq olduğu bildirilib. Hətta cütlük evlənməyi düşündüyünü də yaxınlarına deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.