Fransada qəzaya düşən "Germanwings" şirkətinə məxsus təyyarənin pilotu ilə bağlı şok məlumat yayılıb. 150 nəfəri qəsdən öldürməkdə günahlandırılan köməkçi pilotun şəxsiyyətinin açıqlanmasının ardından "Facebook"da hamını şoka salan bir paylaşma edilib. Əsas pilotun kobinədən çıxmasından istifadə edərək qapını bağlayıb təyyarəni başı aşağı yerə salan Andreas Lubitzin kimliyi açıqlanandan sonra "Facebook"da "İŞİD qəhrəmanı Anders Lubitzə dəstək" adlı səhifə yaradılıb. Özüylə birlikdə 150 adamın ölümünə səbəb olan köməkçi pilotun fotoşəkilinin paylaşıldığı səhifədə "Allah sizi sevir" yazısı diqqət çəkib. Görənləri şoka salan səhifə qısa bir müddət sonra "Facebook" tərəfindən bağlanılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.