Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.
Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Sözügedən ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsi ilə Biləcəri-Binəqədi yoluna yönəldiləcək.
Sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərər anlayışla yanaşmalarını xahiş edir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.