Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladı
Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.
Musavat.com-un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.
Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.