Ərəb ölkələrinin xarici işlər nazirləri Vahid Ərəb Ordusunun yaradaılması barədə qərara gəliblər. Vahid Ordunun yaradılmasının məqsədi xaricdən gələn təhlükələrə qarşı birlikdə hərbi müdaxilə edilməsidir. Vahid Ərəb Ordusunun yaradaılması haqqında layihə xarici işlər nazirləri tərəfindən keçirilən görüşdə qəbul edilib. "Terror və terror təşkilatlarının fəaliyyətləri ilə mücadilə üçün təcili hərbi müdaxilə etmək, sülhün qorunması üçün dəstək vermək, humanitar yardım və sivillərin təhlükəsizliyini təmin etmək üçün Ərəb ölkələri arasında qarşılıqlı işbirliyidir", - deyə Vahid Ordunun yaradılmasının məqsədi belə açıqlanır.
Layihə bu gün Səudiyyə Ərəbsitanın paytaxtı Riyadda keçiriləcək Ərəb Birliyinin sammitində səsverməyə çıxarılacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.